Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanın 4 hərbçisi xidmət yerindən qaçıb

Tarix :
Ermənistanın 4 hərbçisi xidmət yerindən qaçıb

Ermənistan silahlı qüvvələrinin bölmələrində fərarilik halları artıb. Bu günlərdə 4 hərbi qulluqçu xidmət yerini özbaşına tərk edib. 
Bu barədə erməni mətbuatında məlumat yer alıb.
Məlumatda deyilir ki, erməni hərbçiləri mütəmadi olaraq döyüldüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qaldıqlarına görə bu addımı atıblar. Hadisə Ermənistanın Gorus rayonu istiqamətində yerləşən bölmələrindən birində baş verib. Baş verənlər ictimaiyyətdən gizlədilir.
Fərarilik edən hərbçilərin axtarılması və tapılaraq xidmət yerinə qaytarılması ilə bağlı hərbi polis tərəfindən tədbirlər görülür. 
Faktla bağlı cinayət işi başlanılıb.