Gənclər Fondunun dəstəyi ilə yeni bir layihəyə start verilir

Tarix :
Gənclər Fondunun dəstəyi ilə yeni bir layihəyə

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Daha Yaxşı Bir Sən” podkast layihəsi artıq başlayır! 
Bu layihə çərçivəsində gənclərin maraq dairəsinə və peşəkar inkişafına uyğun 6 fərqli sahə üzrə podkast buraxılışları hazırlanacaq. Hər buraxılışda öz sahəsinin peşəkarı olan qonaqlar iştirak edəcək və müxtəlif mövzular ətrafında dəyərli müzakirələr aparılacaq.
Layihənin təqdim etdiyi mövzular aşağıdakılardır:
  Reklam siyasəti
  Rəqəmsal marketinq
  Qrafik dizayn
  Kontent yaradıcılığı
  Kreativ düşünmə və şəxsi inkişaf
  Fotoqrafiya və videografiya
Bu podkast seriyası həm nəzəri biliklər, həm də praktiki yanaşmalar baxımından zəngin olacaq. Gənclərə yeni trendlərlə tanış olmaq, yaradıcı yanaşma formalaşdırmaq və öz sahələrində inkişaf etmək üçün geniş imkanlar təqdim edəcək.
Layihənin əsas məqsədi gənclərin şəxsi inkişafına töhfə vermək, onların bilik və bacarıqlarını artırmaq, həmçinin müasir dövrün tələblərinə uyğun yeni bilgilərlə silahlandırmaqdır.
 Layihənin rəhbəri Zakir Quliyev vurğulayıb ki, bu podkast seriyası hər bir gəncin inkişaf yolunda faydalı bir bilik və motivasiya platforması olacaq.