Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Oqtay Əliyevdən narazı aktrisalara cavab: “Heç kim sizi zorla saxlamır...”

Tarix :
Oqtay Əliyevdən narazı aktrisalara cavab: “Heç kim sizi zorla saxlamır...”

Məşhurlar bizlərdən cəmiyyətdəki vəziyyətlərindən əlavə, sosial statusları ilə də fərqlənirlər. Minlərlə insan yorulmadan onların həyatını izləyir, onların seçimini müzakirə edir. 
Bu gün şou-biznes deyəndə ağıla ilk gələn məşhurlar arasında yaşanan qalmaqallar, onların şəxsi həyatıdır. 
Son vaxtlar isə sənət adamları dolanışıqdan, gün-güzərandan şikayətlənməyə başlayıblar. Əməkdar artist Nahidə Orucova, aktrisa Münəvvər Əliyeva mətbuata verdikləri açıqlamalarda maaşlarının azlığından gileyləniblər. 
“Soy” prodakşnın rəhbəri, tanınmış rejissor Oqtay Əliyev ciddi sənətçilərin heç vaxt ucuz şoylarla gündəmə gəlməyə ehtiyacı olmadığını deyib:
“Aktyor, aktrisaların şəxsi həyatları ilə gündəmə gəlməsi fikri ilə razı deyiləm. Söhbət həqiqi sənətçilərdən gedir. Söhbət vaynerlərdən, aktrisalıq həvəsində olanlardan getmir. Nəzakət Məmmədova belələrinə aiddir. Münəvvər Əliyeva da açıqlama verdi, o həqiqi aktrisadır və maaşlardan gileyləndi, aşağı olduğunu dedi. O ki, qaldı şəxsi həyatları ilə efirdə gündəmə gələnlərə, onların heç birini mən aktrisa kimi tanımıram, nə də teatrda hər hansı fəaliyyətlərini görmüşəm. Ola bilər hansısa serialda, filmdə epizodik bir rola çəkilib. Onsuz da bu gün seriallarda çəkilənlərin çoxsu həvəskar insanlardır. Bunu isə aktrisaların adına bağlamaq düzgün deyil. Bizim nə qədər yaşlı nəsil sənətkarlarımız var, bu axı onlara pis təsir edir. Onların ucuz qalmaqallarla gündəmə gəlməyə ehtiyacları yoxdur, onsuz da gündəmdədirlər”.
Rejissor məvaciblərindən gileylənən teatr aktyor və aktrisalarına da cavab verib:
“Baxın, teatr dövlətin teatrdır və dövlət tərəfindən ayrılmış ştat cədvəli budur. Bildiyim qədərilə maaşlar 500-dən 1000 manata qədərdir. Hər bir aktyor kateqoriyalarına görə məvacib alır. Sən sənətçi olaraq bu maaşı bilirsən, istəyirsən işlə, istəmirsənsə də gedib işləmə, heç kəs səni zorla işlədib ayın axırında bu maaşı vermir ki. Bu maaşı nə teatr öz cibindən verir, nə də kommersiya qurumudur ki, deyəsən ki, pulumu kəsdilər. Dövlət tərəfindən təyin olunan maaşdır. Bütün ölkə bilir ki, ştat cədvəli nədir. Bu maaşa da kim istəsə işləyir, istəməyən də işləmir. Şikayətlənməyə gərək yoxdur. Olan budur”.