
Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqı ərazisində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 8 min nəfər əhalisi olan Kerakri şəhərindən 928 km şimal-şərqdə yerləşib.
Sunami təhlükəsinin olmadığı bildirilir.
