Ermənistanda polis kapitanı oğurluq edərkən tutuldu

Tarix :
Ermənistanda polis kapitanı oğurluq edərkən tutuldu

Ermənistanın Şirak bölgəsinin polis patrul xidmətinin zabiti, kapitan Rafik Ayrapetyan Karbi kəndində oğurluq edərkən tutulub. 
Erməni KİV-ləri xəbər verir ki, oğurluq edərkən tutulan kapitan döyülüb, evin ikinci mərtəbəsindən aşağı atılıb. O, fiziki xəsarətlərlə Aştarak Tibb Mərkəzinə aparılaraq əməliyyat olunub. 
Ayrapetyan səkkiz oğurluq maddəsi ilə ittiham olunur.