Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Avropa İttifaqı bu tarixdən benzin və dizel avtomobillərini qadağan edəcək

Tarix :
Avropa İttifaqı bu tarixdən benzin və dizel avtomobillərini qadağan edəcək

Avropa İttifaqı qurumları 2035-ci ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan etmək barədə razılığa gəliblər.

Avropa Şurası, Avropa Parlamenti ilə üzv ölkələr arasında nəqliyyat vasitələrinə yeni karbon emissiya standartları gətirəcək tənzimləmə ilə bağlı danışıqlarda konsensusun əldə edildiyini açıqladı. Buna görə, 2035-ci ildən etibarən Aİ-yə üzv dövlətlərdə satılacaq bütün yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiya olmalıdır.

Avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını 100 faiz azaldacaqlar. Belə ki, qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək.