
"3000-dən çox Ukrayna əsgəri Almaniyada hərbi təlim keçib".
Bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxış edərkən deyib.
Kanslerin sözlərinə görə, daha 1000 ukraynalı hərbçi də tezliklə Almaniyaya gedəcək: "Münaqişə başlayandan bəri Bundesver ümumilikdə 3000-dən çox Ukrayna əsgərinə təlim keçib. Əlavə min nəfər üçün yaxın gələcəkdə Almaniyada təlim keçəcək".
