Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Milyarder yeni Baş nazir - xalis sərvəti Kral Çarlzdan iki dəfə çoxdur

Tarix :
Milyarder yeni Baş nazir - xalis sərvəti Kral Çarlzdan iki dəfə çoxdur

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak demək olar ki, milyarderdir - xalis sərvəti Kral Çarlzdan iki dəfə çoxdur.
 
Yeni Baş nazir ölkənin ilk rəngli lider və son əsrlərdə ən gənc lideri olaraq cəmi 42 yaşında vəzifəyə gələrək tarix yazdı. O, həmçinin "Downing Street"in ən varlı sakini olmaq rekord qırır - sərvəti Kral III Çarlzın sərvətini üstələyir.

Bazar ertəsi Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri kimi Liz Trussı əvəz edən Sunak 8 il əvvəl siyasətçi olmazdan öncə "Goldman Sachs" investisiya bankiri, sonra isə "Hedcinq" fondunun meneceri kimi çalışıb.

Lakin o, böyük sərvətinin çoxunu həyat yoldaşı Akşata Murtiyə borcludur. Onun atası N. R. Narayana Murti Hindistan IT şirkəti "Infosys"i qurub. Xalis sərvəti 844 milyon dollardır.

"Sunday Times"ın yazdığına görə, cütlüyün birlikdə 730 milyon funt-sterlinq (844 milyon dollar) sərvəti var.

Murtinin sərvətinin böyük hissəsi onun "Infosys"dəki 0,93% payından əldə edilir - hazırda bazar dəyəri təxminən 75 milyard dollardır. 

Bununla belə, Murti həm də atasının vençur kapitalının Britaniya qolu olan "Catamaran Ventures U.K."a və Rupert Murdokun böyük qızına məxsus lüks mebel markası da daxil olmaqla şirkətlər portfelində paya sahib olan özəl kapital firmasına sahibdir.


"Catamaran Ventures" CNBC-nin şərh sorğusuna cavab verməyib.

Stanford Universitetində MBA təhsili alarkən tanış olan cütlüyün Kaliforniyada bir mənzil də daxil olmaqla, təxminən 18,3 milyon funt-sterlinq dəyərində ən azı dörd mülkə sahib olduğu bildirilir.

"The Guardian"a görə, "Downing Street"ə girməzdən əvvəl onların əsas iqamətgahı Londonun Kensinqton bölgəsində, təxminən 6,6 milyon funt-sterlinq dəyərində beş otaqlı ev idi, həftə sonlarını isə Yorkşirdə II dərəcəli siyahıya alınmış bir sığınacaqda keçirdilər.
 


Kraldan daha zəngin?

Sunak və həyat yoldaşının şəxsi sərvəti "Ginnesin Rekordlar Kitabı"na görə, 1852-ci ildə seçilən və bugünkü pulla təxminən 440 milyon dollar xalis sərvəti olan Böyük Britaniyanın keçmiş ən zəngin baş naziri Edvard Stenlinin sərvətindən xeyli yüksəkdir.

Bu, həmçinin Kral Çarlzın, onun kraliça yoldaşının sərvətindən iki dəfə çoxdur və təxminən 370 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.