Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Hər zaman səmərəli idarəetməni görmürük" - Mikayıl Cabbarov

Tarix :
"Hər zaman səmərəli idarəetməni görmürük" - Mikayıl Cabbarov

"Bu gün əsas sərmayə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasına yönəldilib və bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatı yaradır".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, yeni qanun layihəsi bu vəsaitlərin özəl sektordan cəlb edilməsinə və dövlət maliyyəsindən asılılığın azaldılmasına imkan verəcək:
“Əgər biz özəl sərmayələrdən, eyni zamanda, xarici bazarlardan cəlb etdiyimiz kapitaldan istifadə etməyəcəyiksə, bu, bizim inkişafımızı məhdudlaşdıracaq. Biz bir çox infrastruktur obyektləri tikirik. Ancaq onların idarəetməsində heç də hər zaman səmərəli idarəetməni görmürük. Prezident İlham Əliyev tərəfindən yaradılmış İnvestisiya Holdinqi bizim qarşımızda tam mənzərəni qoyur. İri dövlət şirkətlərində böyük həcmdə səmərəlilik potensialı var”.