Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya Ukrayna bataqlığında: Ölən hərbçilərin sayı 70 minə çatır

Tarix :
Rusiya Ukrayna bataqlığında: Ölən hərbçilərin sayı 70 minə çatır

Ukrayna silahlı qüvvələri 70 minə yaxın rus işğalçısını məhv edib. Ötən sutkada 480 işğalçı sıradan çıxarılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Baş Qərargah Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı son statistik məlumatları paylaşıb.
Rusiyanın Ukraynadakı itkiləri oktyabrın 28-nə aşağıdakı kimidir:
şəxsi heyət - 69 700 (+480) nəfər;
tanklar - 2640 (+9) ədəd;
zirehli döyüş maşınları - 5378 (+14) ədəd;
artilleriya sistemləri - 1698 (+8) ədəd;
reaktiv yaylım atəşi sistemi - 379 (+0) ədəd;
hava hücumundan müdafiə sistemləri - 192 (+0) ədəd;
təyyarə - 272 (+1) ədəd;
helikopter - 251 (+2) ədəd;
PUA - 1401 (+3) ədəd;
qanadlı raketlər - 351 (+0) ədəd;
gəmilər/qayıqlar — 16 (+0) ədəd;
avtomobil və tankerlər - 4088 (+10) ədəd;
xüsusi avadanlıq - 151 (+1) ədəd.