Ukrayna Krıma PUA-larla hücum edib - Rusiya MN

Tarix :
Ukrayna Krıma PUA-larla hücum edib - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krıma PUA-larla hücum etdiyini açıqlayıb. 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib. 
Onun sözlərinə görə, hücumun qarşısı alınıb, ümumilikdə 10 PUA məhv edilib. 
Qeyd edək ki, bu gün Krımda güclü partlayışların olması haqda xəbərlər yayılmışdı.