
“Whatsapp” İOS istifadəçilər üçün yeni funksiyasını təqdim edib.
“Wabetainfo” saytı xəbər verir ki, artıq “Whatsapp”ın iOS versiyasında istifadəçilər öz şəkillərindən stikerlər düzəldə biləcək.
Yenilik iOS 16-da əlavə edilsə də, messencer tərəfindən indi dəstəklənir.
Qeyd edək ki, bu funksiya “Android” istifadəçiləri üçün bir neçə müddətdir aktiv idi. 

