
Almaniyada dönər kababının bir porsunun qiymətinin 10 avroya (təxminən 20 manat) qalxması ölkədə narazılığa səbəb olub.
Almaniya hökuməti bununla bağlı rəsmi İnstagram hesabında açıqlama ilə çıxış edib. Açıqlamada deyilir:
“Dönərin niyə bu qədər baha olmasıyla bağlı suallar var. Bunun səbəblərini və qarşısını necə almağa çalışdığımızı sizə açıqlayacayıq”, - deyə paylaşımda qeyd edilib.
Almaniya hökuməti ölkədə dönərin bahalaşmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib. Buna qida və enerji qiymətlərin artmasının səbəb olduğu bildirilib.
