
Türkiyədə 11 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərin episentri olan Kahramanmaraşda bu gün səhərə yaxın üzücü hadisə yaşanıb.
Türkiyə mətbuatı xəbər verir ki, bütün xəbərdarlıqlara baxmayaraq, zəlzələ qurbanları məskunlaşdığı çadırlarda elektrik sobasınını yandırmağa davam edir.
Yanğına məhz elektrik sobasının səbəb olduğu bildirilir. 8 çadırın külə çevrildiyi yanğında insan itkisi olmayıb. Yanğın zamanı 3 nəfərlik ailənin qaldığı çadırda ana və atanın bədənində kiçik yanıqlar yaranıb, qadının saçları və barmaqları yanıb. Hadisə zəlzələ qurbanlarını böyük qorxuya salıb.
Hazırda yanan şəxslər xəstəxanadadır.
