Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Dünyanın ən böyük iPhone müəssisəsində HƏYƏCAN: 300 min işçi...

Tarix :
Dünyanın ən böyük iPhone müəssisəsində HƏYƏCAN: 300 min işçi...

Koronavirus pandemiyası Çində yerləşən ən böyük iPhone istehsal müəssisəsini vurub.
 
Xarici media məlumatına görə, artan yoluxma sayı ilə əlaqədar olaraq, təxminən 300 min işçinin çalışdığı müəssisədə oktyabrın ilk həftəsindən etibarən “qapalı dövrə” istehsalına başlanılıb. Şəhərcik metal baryerlərlə bağlanılıb və bufetlərdə yemək yeməyə qadağa qoyulub.
İşçilərin şəhərcikdəki yataqxanalarına yalnız müəyyən marşrutlardan istifadə edərək getməsinə icazə verildiyi iddia edilir.
Nəhəng müəssisədə 300 min insan karantindədir.
Pandemiyadan qorunma tədbirlərinin həyata keçirilməsində səhlənkarlıq ucbatından fabrik rəhbərliyinin hadisələrə vaxtında müdaxilə etmədiyi üçün Kovid-19-a yoluxanların işçilərin yataqxanalarında təcrid olunub. Bir qrup işçi isə tikintisi hələ başa çatmamış yataqxana binasında karantinə alınıb. Karantində olan işçilər lazımi qida və tibbi xidmətlə təmin edilmədiklərindən şikayətlənsələr də, sosial şəbəkələrdə problemlərini ifadə edən yazılar senzuraya məruz qalıb.