İnterpolun axtardığı azərbaycanlı Rusiyada tutuldu

Tarix :
İnterpolun axtardığı azərbaycanlı Rusiyada tutuldu

İnterpol vasitəsilə axtarışa verilmiş daha bir Azərbaycan vətəndaşı tutulub.
“Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilən və Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə ittiham edilən 1987-ci il təvəllüdlü Azad Babaşov Rusiyada saxlanılıb.
Onun Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.