
Zonquldakın Kozlu rayonunda tikdirdiyi 24 mərtəbəli binaya görə sosial mediada tənqid olunan podratçı Şahin Yalçın özünü müdafiə edib.
Türkiyə mediası xəbər verir ki, podratçı özünə bu sözlərlə bəraət verib:
"Binamızı hər cür elm və texnikadan istifadə edərək inşa etdik. Bina 2,5 metrdən 6 metrə qədər pərdə sütun sistemi ilə tikilib".
Tənqidlərlə bağlı açıqlama verən binanın podratçısı Şahin Yalçın sonda "10 il əvvəl 1 milyon 750 min dolları yalnız yerə xərcləmişdik. Biz pulumuzun düşməniyik? - deyə sərt reaksiya verib.
