
Tacikistanda baş verən 6,8 bal gücündə zəlzələ Qazaxıstanda da hiss olunub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyaları iki zəlzələ qeydə aldığını açıqlayıb. Onlardan biri Astana vaxtı ilə saat 08:01-də Almatıdan 424 km şimal-şərqdə, Qazaxıstan ərazisində 4.1 bal baş verib.
İkinci zəlzələ saat 08:18-də Almatıdan 645 km cənub-qərbdə Tacikistan ərazisində 5.7 bal qeydə alınıb.
