Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada mədəndə yanğın - İşlər dayandırıldı

Tarix :
Rusiyada mədəndə yanğın - İşlər dayandırıldı

Rrusiyanın Kemerovo vilayətində "Yubileinaya" mədənində yanğın baş verib.
Bu barədə regional Kömür Sənayesi Nazirliyi bildirib. 
Məlumata görə, mədəndə yanğın oktyabrın 28-i cümə günü gecə baş verib. Bu səbəbdən kömür hasilatı müvəqqəti olaraq dayandırılıb, komissiya hadisənin başvermə şəraitini araşdırır.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğın dərhal söndürülüb.
Kuzbass prokurorluğunun açıqlamasında qeyd olunub ki, yanğına kabel qutusunun alışması səbəb olub. Departamentin saytında deyilir ki , qəza zamanı ümumilikdə şaxtada 118 nəfər olub, onlar səthə çıxarılıb.