Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Zelenski ölkənin müdafiə üçün büdcə xərclərini 10,5 milyard dollar artırdı

Tarix :
Zelenski ölkənin müdafiə üçün büdcə xərclərini 10,5 milyard dollar artırdı

Ukrayna Prezidenti Volodimir Zelenski büdcəyə düzəlişlər edən qanunu imzalayıb və bununla da təhlükəsizlik və müdafiə xərclərini 386,9 milyard qriven (10,5 milyard dollar) artırıb.
Ukrayna Ali Radasının yaydığı rəsmi bəyanatda deyilir:
“Ukrayna Prezidenti “Ukraynanın 2022-ci il dövlət büdcəsi haqqında” Ukrayna Qanununa dəyişikliklər edilməsi haqqında” Ukrayna Qanununu imzalayıb” (18 oktyabr 2022-ci ildə qəbul edilib). Bu qanun, digər məsələlərlə yanaşı, dövlət büdcəsinin ümumi fondu üçün dövlət büdcəsi vəsaitlərinin müəyyən əsas idarəçilərinə, milli təhlükəsizlik və bütövlükdə müdafiə sektorunun subyektlərinə büdcədən ayrılan vəsaitləri 386,9 milyard qriven (10,5 milyard dollar) artırıb”.