Təbrizdə doğulan körpəyə doğum haqqında sənəd verilmir

Tarix :
Təbrizdə doğulan körpəyə doğum haqqında sənəd verilmir

İran hakimiyyəti Güney Azərbaycanda yeni doğulan körpəyə türk mənşəli adın verilməsinə icazə verməyib. 
Bu barədə "Mouze İran" teleqram kanalı məlumat yayıb. 
Bildirilir ki, Təbriz şəhərində yeni doğulmuş körpəyə türk adı qoyulduğu üçün doğum haqqında sənədin verilməsindən imtina edilib.
Molla rejimi azərbaycanlı körpəyə qoyulan “Vulkan” adının əcnəbi (türk) olduğunu əsas gətirərək ona doğum haqqında şəhadətnamə verməyib.