
"Rusiyanın Saxalin bölgəsində "Robinson" helikopteri radarlardan itib.
TASS xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidməti məlumat dərc edib.
Məlumata görə, həyəcan siqnalı verdikdən sonra, Krasnaya dağının şimal-şərqində hava nəqliyyatı ilə əlaqə kəsilib.
Helikopterin göyərtəsində üç nəfər olub və yerüstü xilasetmə qrupu artıq onların axtarışına başlayıb.
