Can Yaman İtaliyadan 1 milyonluq yardım topladı

Tarix :
Can Yaman İtaliyadan 1 milyonluq yardım topladı

İtaliyada olduqca məşhur olan türk aktyor Can Yaman zərərçəkənlərə yenidən yardım edib.

Sənətçi "Can Yaman for children" dərnəyi ilə başlatdığı kampaniyadan 1 milyon 550 min lirə ianə toplamağı bacarıb. O, bütün pulu "Ahbap"a bağışlayıb.


Qeyd edək ki, Yaman daha əvvəl də faciə qurbanları üçün 250 min lirə yardım etmişdi.