Zəlzələdə ölən daha bir nəfərin nəşi bu gün Bakıya gətiriləcək

Tarix :
Zəlzələdə ölən daha bir nəfərin nəşi bu gün Bakıya gətiriləcək

Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün saat 12:50-də Bakı-Ankara reysi ilə Azərbaycana gətiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.