“Eurohome”da oğurluq oldu - Polis hərəkətə keçdi, 4 nəfərlik qrup saxlanıldı

Tarix :
“Eurohome”da oğurluq oldu - Polis hərəkətə keçdi, 4 nəfərlik qrup saxlanıldı

"Eurohome” tikinti materialları bazarında oğurluq hadisəsi törətməkdə şübhəli bilinənlər saxalnılıb. 

Bu barədə Qaynarinfo-ya zərərçəkən Rafiq Ocaqverdiyev bildirib. Onun sözlərinə görə, hadisə fevralın 13-də baş verib: "4 nəfər mənə məxsus mağazadan 3000 min manata yaxın mal oğurlayıb”.


Onun sözlərinə görə, hadisədən dərhal sonra polisə müraciət edib: "Bakı Şəhər Baş Polis İdarəsi Polis müraciətimə operativ reaksiya verərək, əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddət ərzində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Buna görə polislərimizə təşəkkür edirəm”.

Zərərçəkən ona dəymiş zərərin də tezliklə ödəniləcəyinə ümid bəsləyir.