
"Ermənistan və Türkiyə dövlətləri sərhəddəki Marqara körpüsünün tez bir zamanda istifadəyə verilməsi üçün mümkün olan hər şeyi edəcək".
Bu sözləri Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç armenpress-ə müsahibəsində deyib.
O, bildirib ki, hər iki dövlətin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək:
"Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər".
