
"Köhnə binalar, əsasən, öz dövrünün tikinti normaları, o cümlədən, seymik normalarının tələbləri əsasında inşa edilib".
Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Rəisi Təyyar Hüseynli bildirib.
Onun sözlərinə görə, köhnə binaların zəlzələyə davamlılığı çox geniş mövzudur:
"Binalar konstruktiv sxemlərinə görə çox müxtəlifdir: daş, daş-karkas, iribloklu, iripanel, dəmir-beton və metal karkaslı və s. Bütün bu tip binaların özünəməxsus konstruktiv sxemləri, mökəmliyə və və zəlzələyə qarşı hər birinin öz iş prinsipi vardır. Köhnə binalar, əsasən, öz dövrünün tikinti normaları, o cümlədən, seymik normalarının tələbləri əsasında inşa edilib".
