Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hərbçilərdən rüşvət alan hərbi həkim HƏBS OLUNDU

Tarix :
Hərbçilərdən rüşvət alan hərbi həkim HƏBS OLUNDU

Hərbi qulluqçulardan rüşvət alan N saylı hərbi hissənin zabiti, həkim Vəli Quliyev həbs olunub.
APA xəbər verir ki, hərbi hissəsinin tibb məntəqəsində həkim işləyən Vəli Quliyev müxtəlif vaxtlarda hərbi qulluqçulardan pul alaraq onları müalicə adı ilə hospitala göndərib.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən araşdırma zamanı Vəli Quliyevin əməllərinin üstü açılıb. Xəstəlik sənədi verilən hərbçilərin əksəriyyətinin müalicəyə ehtiyacının olmadığı, rüşvət verməklə hospitala göndərildikləri məlum olub.
Vəli Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Quliyev Vəli Bəkir oğlu Vətən müharibəsindəki xidmətlərinə, Qubadlının və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.