
Tanınmış aktyor Çağrı Çıtanakın anası Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirib.
Günlərdir anasının tapılması üçün kömək istəyən aktyor aldığı acı xəbəri "Instagram" hesabında paylaşıb.
O, "Anamı itirdik. Başımız sağ olsun", - deyə şərh edib.
Qeyd edək ki, aktyorun həyat yoldaşı Başak Gümülcinelioğlu da günlərdir dağıntılar altında qalan qayınanasının tapılması üçün yardım istəyirdi.
