
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) miqrantların qeyri-qanuni leqallaşdırılması, eləcə də saxta sənədlərin hazırlanması ittihamı ilə 5 nəfərin saxlanıldığını açıqlayıb.
"Interfax" xəbər verir ki, hazırda onlara qarşı istintaq hərəkətləri aparılır.
Qrupun təşkilatçısı barəsində həbs-qətimkan tədbiri seçilib.
