Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rövşən Lənkəranskinin adamı İstanbulda öldürüldü

Tarix :
Rövşən Lənkəranskinin adamı İstanbulda öldürüldü

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.
APA xəbər verir ki, kriminal aləmdə "Qardaşoğlu" ləqəbli ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.
Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevin tərəfdarı olub.
Məlumata görə, Elnur Qasımovun qardaşı Emin Qasımov da kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.
Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.
Elnur Qasımovun cənazəsi Bakıya göndəriləcək.