Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tanınmış tənqidçi AYB-dən istefa verdi

Tarix :
Tanınmış tənqidçi AYB-dən istefa verdi

Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.
Tənqidçi bu barədə "Facebook" profilində verib.
“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi.
Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir...
Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - M.Qaraxanoğlu bildirib.