Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Polşa Senatı Rusiyanı terrorçu rejim elan edib

Tarix :
Polşa Senatı Rusiyanı terrorçu rejim elan edib

Polşa parlamentinin yuxarı palatası olan Senat axşam iclasında Rusiya administrasiyasının "terrorçu rejim” kimi tanınmasını ehtiva edən qətnaməyə səs verib. Qətnamə 100 nəfərdən ibarət Senatda keçirilən iclasda iştirak edən 85 senatorun "hə” səsi ilə qəbul edilib. Fevralın 24-də Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı amansız müharibəyə başladığı qətnamədə müharibənin məqsədinin suveren bir ölkəni xəritədən silmək və Ukrayna millətini məhv etmək olduğu bildirilib.