
Türkiyə Voleybol Federasiyası (TVF) Adıyamanda baş vermiş zəlzələ nəticəsində otelin dağıntıları altında qalmış Şimali Kipr voleybol komandasından 16 nəfərin öldüyünü açıqlayıb.
“TRT Haber” xəbər verir ki, bu barədə TVF-nin açıqlamasında qeyd olunub.
“Adıyamanda otelin dağıntıları altından tapılan Şimali Kipr Voleybol Komandasının 16 üzvünün həyatını itirdiyini dərin hüznlə öyrəndik”, – deyə federasiya məlumat yayıb.
Bundan əlavə, Şimali Kipr Türk Respublikasının Baş Nazirlik Aparatı da Adıyamanda voleybol komandasının heyətində olan 16 nəfərin cansız bədəninin çıxarıldığını açıqlayıb.
