Hollandiyadan kömək üçün gələn yük maşınında narkotik tapıldı

Tarix :
Hollandiyadan kömək üçün gələn yük maşınında narkotik tapıldı

Hollandiyadan Türkiyəyə zəlzələ yardımı aparan 6 yük maşınından birində narkotik tapılıb. Yük maşınlarının Haaqadakı nəqliyyat şirkətinə məxsus olduğu bildirilib.

Hollandiya polisi Haaqadan Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım ləvazimatları daşıyan yük maşınında narkotik tapıb. Yardım materialları ilə yüklənmiş 6 yük maşını gömrük ərazisinə çəkilib və onların yoluna davam etməsinə icazə verilməyib.