
Karamanmaraşın Elbistan rayonunda baş verən zəlzələdə dağılan binanın altında qalan hakim cütlüyün cəsədləri tapılıb.
Xilasetmə qrupları Şeyda və Bayram Qorxmazların meyitlərini ailələrinə təhvil veriblər.
Həmçinin, hakim Şeyda Bayramın 2 aylıq hamilə olduğu öyrənilib. Bildirilir ki, Bayram Qorxmaz Elbistanda, həyat yoldaşı Şeyda Qorxmaz isə məmləkəti Ermenekdə torpağa tapşırılacaq.
