Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bərdə terrorunun qurbanı olan 7 yaşlı Aysu - VİDEO

Tarix :
Bərdə terrorunun qurbanı olan 7 yaşlı Aysu - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından iki il ötür.
“Smerç” raketləri ilə həyata keçirilən hücum nəticəsində 5 kənd sakini həlak olub.
Onlardan biri də 7 yaşlı Aysu İsgəndərovadır.
Yaşayış məntəqəsinin klaster bombaları ilə atəşə tutulduğu vaxt Aysu, 3 yaşlı bacısı Tahirə İsgəndərova ilə birlikdə gül yığırmış. Hadisə nəticəsində Aysunun bacısı da yaralandığı üçün xəstəxanaya yerləşdirilib.
Azyaşlıların atası Rövşən İsgəndərov  hadisə anını  belə  xatırlayır:
“İşdə idim. Traktor sürürdüm, səsi eşidəndə gördüm ki, tüstü biz tərəfdən çıxır. Getdim ki, uşaq yoxdur. Gördüm ki, Aysunun daxili orqanları çölə dağılıb. Əlimlə yığıb apardım” .