Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldu

Tarix :
Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldu

ABŞ-ın Nyu-York şəhərinin şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi olub. 
Bu barədə NBC telekanalı məlumat yayıb. 
Zəlzələ Eri qraflığında 3,8 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Qərbi Seneka şəhərindən 2 kilometr şərqdə olub. 
Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələnin Niaqara şəlaləsi ərazisində də hiss olunduğu qeyd edilib.