
Qarmon ifaçısı, Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Abbas Bağırov konsertlərini təxirə salıblar.
Onların 7 fevralda Gəncə Dövlət Filarmoniyasında keçirilməsi planlaşdırılan konsertləri təxirə düşüb.
Bu barədə ifaçılar “İnstagram” hesablarında məlumat yayıblar.
Türkiyədəki baş verən dəhşətli zəlzələyə görə, onlar konsertlərinin vaxtını başqa tarixə keçiriblər.

