Əfsanəvi futbolçu və oğlu zəlzələdə öldü

Tarix :
Əfsanəvi futbolçu və oğlu zəlzələdə öldü

Suriya millisinin sabiq üzvü, əfsanəvi futbolçu Nadir Cohadar ölkədə baş verən zəlzələ nəticəsində həlak olub. 
Bu barədə Suriya Futbol Assosiasiyası məlumat yayıb. 
Cəblə şəhərində vəfat edənlər arasında 46 yaşlı keçmiş hücumçu və oğlu Taac Cohadar da var. 
Qeyd edək ki, Nadir Cohadar Suriya yığmasının heyətində keçirdiyi 14 oyunda 9 qol vurub.