
İsrail ordusu Qəzza zolağına hava zərbələri endirib.
TASS agentliyi xəbər verir ki, bu barədə İsrail ordusunun tviter hesabında məlumat paylaşılıb.
Aviazərbələr HƏMAS-ın silah istehsalı obyektlərinə, raket istehsalı üçün istifadə olunan kimyəvi xammalın istehsalı və saxlanılması, həmçinin Qəzza zolağının mərkəzində yerləşən silah istehsalı müəssisələrinə endirilib.
