
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan ordusunun kapitanını xəyanət ittihamı ilə həbs edib.
Bu barədə "Caliber" məlumat yayıb. Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin adı açıqlanmayan Ermənistan Silahlı Qüvvələrinin kapitanı 2021-ci ilin əvvəlindən silah-sursat, döyüş mövqeləri, texnika, o cümlədən bu yaxınlardaErmənistanın əldə etdiyi Hindistan texnikasının fotoşəkilləri barədə məxfi məlumatları pul müqabilində xarici kəşfiyyat xidmətlərinə ötürürmüş.
Qısa zamanda kapitan saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
