İrandakı zəlzələdə xəsarət alanların sayı 1167-yə çatdı

access_time30-01-2023, 18:53 visibility19 categoryXəbərlər
İranın Xoy şəhərində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 1167 nəfərə çatıb.
Bu barədə İran Tələbələr Xəbər Agentliyi (İSNA) məlumat yayıb.
"Xoy şəhərində baş verən zəlzələdə indiyədək yaralananların sayının 1167 olduğu müəyyən edilib", - deyə bildirilib.
Belə ki, zəlzələdən zərər çəkmiş 70 kənddə evlərin 20-70 faizi dağılıb.
Qeyd edək ki, 28 yanvar tarixində Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş