Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Səhlab Bağırov vəzifəsindən azad olundu - Yeni təyinat

Tarix :
Səhlab Bağırov vəzifəsindən azad olundu - Yeni təyinat

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının komandiri general-mayor Səhlab Bağırov vəzifəsindən azad olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumata görə, Səhlab Bağırov DİN-in sistemində başqa vəzifəyə təyinat alıb. O, yaxın günlərdə yeni vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, daxili işlər orqanlarının nüfuzlu generallarından biri olan 60 yaşlı Səhlab Bağırov ÇPA-nın ilk komandiri olub. Daha sonra 2011-2019-cu illərdə
BŞBPİ-nin rəis müavini vəzifəsində çalışıb. 2019-cu ildən isə yenidən ÇPA-ya komandir gətirilib.