Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada məmuru döyüb, maşınını oğurladılar

Tarix :
Rusiyada məmuru döyüb, maşınını oğurladılar

Rusiyada  Könüllü İdman Birliyinin baş direktoru, 43 yaşlı Aleksey Tixomirov naməlum şəxslərin hücumuna məruz qalıb.  
"Mash" teleqram kanalı xəbər verir ki, Aleksey Tixomirov doğum günündə evində şənlik keçirib. Bu səbəblə evinə çox sayda qonaqlar gəlib. Belə  ki, qonaqlar arasında  3 naməlum şəxs məmur tək olarkən onunla söhbət etməyə başlayıb.  
Kanal yazır ki,  şəxslər söhbətdən sonra Tixomirova  başından zərbə endiriblər.  Qısa zamanda başından zərbələr alar məmur huşuni itirib. Naməlum şəxslər isə məmurun 1,5 milyon rubl nağd pulunu və “Audi A5”in açarlarını oğurlayıb ərazidən uzaqlaşıblar.  
Çox  keçməyib ki, oğrular polis tərəfindən saxlanılıblar.