Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Almaniyada naməlum şəxs yalnız yaşlıları qətlə yetirir

Tarix :
Almaniyada naməlum şəxs yalnız yaşlıları qətlə yetirir

Almaniyanın kiçik bir şəhəri olan Schwäbisch Hallda dəhşətli cinayət hadisələri qeydə alınıb.
Xarici KİV xəbər verir ki, son bir neçə həftədə 3 yaşlı qadının cəsədi ard-arda tapılıb.Bundan sonra rayon rəhbərliyi və polis hərəkətə keçib. Belə ki, polis vətəndaşarlara "Ehtiyatlı olun" xəbərdarlığı  edib. 
Bununla yanaşı, alman polisi silsilə qətllər törədən qatilin tək yaşayan yaşlı qadınları hədəf aldığını açıqlayıb. Naməlum şəxs ötən çərşənbə günü 84 yaşlı Gisela V. 89 yaşlı qonşusu Gertraute N.-ni evində öldürüb. Polis qatilin tapılmasında yardım edən şəxslərə 35 min avro mükafat verəcək.