Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya Ukraynanın Mi-8 helikopterini VURDU

Tarix :
Rusiya Ukraynanın Mi-8 helikopterini VURDU

Rusiya hərbçiləri Zaporojye vilayətində Ukraynaya məxsus Mi-8 helikopterini vurublar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Zaporojye vilayətinin Novodarovka kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini vurub”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Agentliyin məlumatına görə, gün ərzində Rusiya hərbçiləri Luqansk Xalq Respublikasının (LPR) Kolomıyçixa kəndi və Kremennaya şəhəri ərazilərində iki Ukrayna pilotsuz təyyarəsini, həmçinin “HIMARS” və “Uraqa” reaktiv yaylım atəşli raketlərinin dörd raketini məhv ediblər.