Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bosniyalı zəvvar Məkkəyə çatmaq üçün 6 min kilometrdən çox yol qət edəcək

Tarix :
Bosniyalı zəvvar Məkkəyə çatmaq üçün 6 min kilometrdən çox yol qət edəcək

Avstriyanın şimalındakı Wels şəhərindən yola çıxan bosniyalı Anvar Beqanoviç həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə doğru piyada 6600 kilometr yol qət edəcək.
 
Xarici medianın məlumatına görə, Avstriya, Sloveniya, Xorvatiya və Bosniya və Herseqovinadan sonra Serbiyaya gəldiyini bildirən Beqanoviç indiyə qədər təxminən 650 kilometr yol qət etdiyini bəyan edib.
Məkkəyə piyada çatmaq üçün ən az 7 ay 7 gün vaxt lazım olduğunu hesabladığını, soyuq hava və qarın ona və səfərinə mənfi təsir etmədiyini də vurğulayıb.
O, Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gedərkən bir çox ölkədən keçəcəyini açıqlayıb:
"Avstriya, Sloveniya, Xorvatiya və Bosniya və Herseqovinadan sonra indi Serbiyadayam. Buradan sonra Şimali Makedoniya, Bolqarıstan, Türkiyə, İraqdan keçərək Məkkəyə piyada gedəcəyəm. Səfərə 6 ay hazırlaşdım. Hava şəraitindən asılı olaraq gündə 35-60 kilometr piyada gedirəm. Dindən uzaqlaşdığımı hiss etdim. Bu hiss məni bu səyahətə çıxmağa ruhlandırdı. Mənə tək qalmaq üçün vaxt lazım idi. Düşündüm ki, həyatımı nəzərdən keçirməliyəm".