Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Şəhid Orxan Əsgərovun atası: "Oğlumun arzuları böyük idi"

Tarix :
Şəhid Orxan Əsgərovun atası: "Oğlumun arzuları böyük idi"

"Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım. Ailəsi ilə də, bizimlə də danışırdı. Orxanın ailəsi Bakıda yaşayırdı. Oğlumun arzuları böyük idi. Orxan böyük türk dünyası uğrunda çalışırdı. Çox vətənpərvər idi, övladlarını da bu ruhda yetişdirirdi. Bundan sonra çalışacağıq ki, onun yarım qalan arzularını biz yerinə yetirək".
 
Bu sözləri şəhid Orxan Əsgərovun dəfnində atası Rizvan Əsgərov deyib. 
Onun sözlərinə görə, valideynləri Orxanla əlaqə saxlayan zaman heç bir problemin olmadığını bildirib:
Qeyd edək ki, İrandakı səfirliyimizə edilən terror hücumu zamanı şəhid olan O.Əsgərov bu gün Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.