Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynanın Baş prokuroru ABŞ-a getdi

Tarix :
Ukraynanın Baş prokuroru ABŞ-a getdi

Ukraynanın Baş prokuroru Andriy Kostin Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdədir.
Bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“Səfər zamanı Andrey Kostin ABŞ-ın dəstəyini davam etdirmək, xüsusən də beynəlxalq cinayətlərə görə mühakiməni təmin etmək, Rusiya Federasiyasının rəhbərliyi üçün Beynəlxalq Tribunalın yaradılması və məhkəmənin qurulması üçün bir sıra yüksək səviyyəli görüşlər keçirəcək”, - deyə məlumatda bildirilir.
O qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Ukrayna hüquq-mühafizə sisteminin işi bir gün belə dayanmayıb.